Bakıda daha iki yolda sürət həddi endirildi 

14:55 05.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

 

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

Məlumata görə, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

 

"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik",- deyə məlumatda qeyd edilib.